Avropa danışıqlar masasında olacaq? Moskva məsələyə aydınlıq gətirdi

Avropa danışıqlar masasında olacaq? Moskva məsələyə aydınlıq gətirdi
13.11.2026 20:34 Dünya

Rusiya XİN ABŞ nümayəndələri ilə danışıqlarda Avropanın iştirakını müzakirə etməyib.

TodayPress TV xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada Stiv Uitkoff və Cared Kuşnerlə keçirilən görüşdə Ukrayna üzrə danışıqlara Avropa nümayəndələrinin qoşulması məsələsinin müzakirə olunduğu barədə məlumatları təkzib edib.

Zaxarova bu mövzunun görüş zamanı gündəmə gətirilmədiyini bildirib.

O, bu açıqlamanı Cared Kuşnerin “X” sosial şəbəkəsində Rusiya və Ukraynanın növbəti danışıqlar raundunun Avropa tərəfdaşlarının iştirakı ilə genişləndirilməsinə razılıq verdiyi barədə paylaşımına münasibət bildirərkən səsləndirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər