Peru sahillərində zəlzələ baş verdi

Peru sahillərində zəlzələ baş verdi
13.11.2026 21:21 Dünya

Peru sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 246 min nəfərin yaşadığı İka şəhərindən 96 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 31 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər