14 illik fasilə başa çatdı: Polşa Suriyadakı səfirliyini yenidən açır

14 illik fasilə başa çatdı: Polşa Suriyadakı səfirliyini yenidən açır
13.11.2026 22:11 Dünya

Polşa 2027-ci ilin yanvarında Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə RMF radiostansiyası mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Polşa diplomatları 2012-ci ildə fəaliyyətini dayandıran Dəməşqdəki səfirliyə qayıdacaqlar. Diplomatik nümayəndəliyin açılışı 2027-ci ilin yanvarına planlaşdırılıb.

Məlumata görə, səfirliyin 10 ildən artıqdır istifadəsiz qalan binasında təmir işlərinin təşkili üçün bir qrup polşalı diplomat artıq Suriyadadır.

RMF-in məlumatına əsasən, Polşa nümayəndələrinin Suriyaya qayıtması Brüsselin Dəməşqlə əməkdaşlığı gücləndirmək səyləri ilə əlaqədardır.

Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyi ölkədə vətəndaş müharibəsi səbəbindən 2012-ci ilin iyulunda Suriyadakı səfirliyini bağlamaq və diplomatlarını təxliyə etmək qərarı vermişdi.

Aysel Mətləb

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər