Əfqanıstanda qadınların adını belə çəkmirlər: Tibbi yardım da qadağan edildi

Əfqanıstanda qadınların adını belə çəkmirlər: Tibbi yardım da qadağan edildi
13.11.2026 23:35 Dünya

Əfqanıstanda qadınların tibbi yardıma çıxışı məhdudlaşdırılıb. Hətta təcili tibbi müdaxiləyə ehtiyacı olan qadınlar belə müalicəsiz qala bilir.

TodayPress TV “The Guardian”a istinadla xəbər verir ki, “Taliban” kişi həkimlərə qadın xəstələri qəbul etməyi qadağan edib. 2024-cü ildən etibarən isə qadın tibb işçilərinin hazırlanması və işə götürülməsi dayandırılıb.

Bildirilib ki, bir sıra əyalətlərdə qadınların müayinədən keçməsi üçün ya qadın tibb işçisinin, ya da kişi qəyyumunun iştirakı tələb olunur. Bəlx əyalətində isə qadınlara adları ilə müraciət etmək qadağan edilib. Hətta reseptlərdə onların adı əvəzinə “bibi” sözündən istifadə olunur.

Nəticədə Əfqanıstanda çoxsaylı qadınlar, hətta təcili tibbi yardıma ehtiyac duyduqları hallarda belə, müalicə ala bilmirlər.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər