Vaşinqtonun rüsum təzyiqi işə yaradı? - Miqrant karvanları yarıyolda dağıldı

Vaşinqtonun rüsum təzyiqi işə yaradı? - Miqrant karvanları yarıyolda dağıldı
13.11.2026 23:43 Dünya

Meksika ABŞ sərhədinə doğru hərəkət edən miqrant karvanlarının dağıldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bunu Meksika Prezidenti Klaudia Şeynbaum gündəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda Meksika ərazisindən ABŞ-nin şimal sərhədinə doğru hərəkət edən heç bir miqrant karvanı yoxdur.

Şeynbaum qeyd edib ki, daha əvvəl yaradılmış karvanlar ölkənin cənub bölgələrində dağılıb. Onun sözlərinə görə, əvvəlki gün haqqında məlumat verilən iki yürüşdən biri artıq tamamilə dayandırılıb və iştirakçıların əksəriyyəti öz ölkələrinə qayıdıb. İkinci karvan isə hələ formalaşma mərhələsindədir və onun iştirakçıları ilə müvafiq qurumlar işləyir.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social”dakı paylaşımında Meksika qeyri-qanuni miqrant axınını dayandırmasa, ölkəyə tətbiq edilən gömrük rüsumlarını dərhal ikiqat artırmaqla hədələmişdi.

Aysel Mətləb

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər