Cəbrayılda şirkət işçilərinin yaşadığı tikili yandı

Cəbrayılda şirkət işçilərinin yaşadığı tikili yandı
13.11.2026 11:10 Hadisə
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində şirkət personalının müvəqqəti yaşayışı üçün nəzərdə tutulan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

TodayPress TV xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğın havanın küləkli olmasına baxmayaraq, yanğından mühafizə qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər