Polşa Ukrayna üçün Amerika silahlarının alınması proqramından imtina etdi
Polşa Ukrayna üçün Amerika silahlarının alınmasına dair NATO proqramına bundan sonra vəsait ayırmayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk jurnalistlərə məlumat verib.
“Mən NATO-nun baş katibi Mark Rutteyə bildirdim ki, hələlik PURL proqramına – Ukrayna üçün Amerika silahlarına ayrılan Avropa vəsaitlərinə töhfə verməyəcəyik”, – deyə Tusk bildirib.
Baş nazir bu qərarı ölkədə büdcə kəsirinin yüksək olması və müdafiə xərcləri ilə izah edib.
Aysel Mətləb