TRIPP üzrə proses sürətlənir: ABŞ və Ermənistan detalları müzakirə etdi
Ermənistan və ABŞ-nin işçi qrupları arasında videokonfrans formatında keçirilən görüşdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan və ABŞ dövlət katibinin köməkçisinin müavini Piter Andreoli həmsədrlik ediblər.
Tərəflər Xartiyada nəzərdə tutulan sahəvi təşəbbüslərin icra vəziyyətini, TRIPP layihəsi ilə bağlı məsələləri və ikitərəfli gündəliyin digər istiqamətlərini nəzərdən keçiriblər.
Kübra Musayeva