Ağ Evdə qapılar onların üzünə bağlanır - Trampdan YENİ QƏRAR

Ağ Evdə qapılar onların üzünə bağlanır - Trampdan YENİ QƏRAR
13.11.2026 19:29 Dünya

ABŞ-də Ağ Ev əməkdaşlarına lobbiçilərlə görüşməzdən əvvəl rəhbərlikdən icazə almaq tələbi qoyulub.

TodayPress TV xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, yeni qaydalar Ağ Evin aparat rəhbəri Stiven Miller tərəfindən tətbiq edilib.

Bu addım onun sələfi Syuzie Uaylsın yanaşmasından fərqlənir. Belə ki, Uayls Vaşinqtonun lobbiçiləri və iri biznes nümayəndələri ilə sıx əlaqələrin tərəfdarı olub.

Administrasiyada bildirilib ki, yeni məhdudiyyətlərin məqsədi Ağ Ev əməkdaşlarının lobbi qruplarının maraqlarından daha çox ABŞ Prezidenti Donald Trampın siyasi kursuna üstünlük verməsini təmin etməkdir.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər