Qəzzada cari mövsümdə soyuq hava səbəbindən ilk ölüm hadisəsi
Qəzza zolağında doqquz aylıq körpə hipotermiyadan ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, cari mövsümdə bölgədə kəskin soyuq hava səbəbindən qeydə alınan ilk ölüm hadisəsidir.
Səhiyyə Nazirliyinin məlumatına görə, məhkəmə-tibbi ekspertizası ölüm səbəbinin bədən temperaturunun kəskin aşağı düşməsi olduğunu təsdiqləyib.
Aysel Mətləb