Hörmüzdəki böhran İraqı bu addımı atmağa məcbur etdi
İraq Suriyadan keçməklə neft ixracını bərpa edib.
TodayPress TV “Reuters”ə istinadla xəbər verir ki, İraq nefti onilliklər ərzində demək olar ki, istifadə olunmayan quru marşrutu ilə tankerlər deyil, avtomobil sisternləri vasitəsilə Suriyanın Banyas limanına daşınır.
Məlumata görə, İranla müharibənin Hörmüz boğazında gəmiçiliyi pozmasından sonra OPEC-in ikinci ən böyük neft istehsalçısı olan İraq ixrac üçün alternativ yollar axtarmağa başlayıb.
Oktyabr ayından etibarən Qətərin UCC Holding enerji qrupu dövlətə məxsus SOMO şirkəti ilə müqavilə çərçivəsində bu marşrutla gündəlik 120-150 min barel neft daşıyır.
Daşımalar üçün təxminən 6 min yük maşınından istifadə olunur. Şirkət bu sayını 10 minə çatdırmağı planlaşdırır. Marşrutda 10 minə yaxın sürücü çalışır. Bəsrə ilə Banyas arasında gediş-gəliş isə beş günədək davam edir.
Kübra Musayeva