Moskvada hərəkətdə olan “Lexus” avtomobili partlayıb – yaralı var
Rusiyanın paytaxtı Moskvada hərəkətdə olan “Lexus” markalı avtomobildə partlayış baş verib.
TodayPres TV xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şəhərin Çertanovo rayonunda qeydə alınıb. Güclü partlayış nəticəsində bir nəfərin yaralandığı bildirilir.
Hadisənin səbəbləri və partlayışın başvermə şəraiti ilə bağlı araşdırma aparılır.