Məclisdəki salat xəstəxanaya apardı: Şəmkirdə kütləvi zəhərlənmə

Məclisdəki salat xəstəxanaya apardı: Şəmkirdə kütləvi zəhərlənmə
16.07.2026 09:48 Hadisə

Şəmkir rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

TodayPress TV xəbər verir ki, 11 nəfər restoranlardan birində qida qəbul etdikdən sonra zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yeləşdirilib.

Bunlar Mədinə İsmayılova (1995), Sevil Cəlilova (1994), Gülbəniz Cəlilova (1973), Leyla Qurbanova (2007), Rüfət Qurbanov (1999), Türə Daşdəmirova (1999), Famil İsgəndərov (1994), Aysu Abbasova (2015), Rüxsarə İsgəndərova (1967), Fatimə İsgəndərova (1999) və onun həmyaşıdı Rasim Şirinovdur.

Həmin şəxslərin məclislərdən birində yedikləri salatdan zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər