Şəmkirdə iki nəfər su kanalında batdı
Şəmkirdə iki nəfər su kanalında batıb.
TodayPress TV-nin xəbərinə görə, hadisə rayonun Seyfəli kəndindəki su kanalında baş verib.
İlkin məlumata görə, batan şəxslərdən biri qadın, digəri kişidir.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.