Hörmüz boğazı beş ildən sonra lazımsız olacaq?
Fars körfəzində alternativ logistika marşrutlarına artan investisiyalar hücumlara məruz qalan Hörmüz boğazını beş ildən sonra “lazımsız” edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın ən böyük maliyyə konqlomeratlarından biri olan HSBC-nin baş direktoru Jorj Elhederi bildirib.
“Biz görürük ki, bu region bərpa olunmaq və inkişafını davam etdirmək iqtidarındadır. Bunun üçün əhəmiyyətli investisiyalar tələb olunacaq. Əlbəttə, münaqişənin həll olunacağına ümid edirik. Lakin Hörmüz boğazı, ehtimal ki, beş ildən sonra lazımsız olacaq”, – deyə o vurğulayıb.
Jorj Elhederi əlavə edib ki, regiondakı münaqişə vəziyyəti investorları resurslarını Hörmüz boğazından yan keçərək Fars körfəzi limanlarına aparan enerji boru kəmərlərinin inkişafına yönəltməyə məcbur edir. HSBC rəhbərinin sözlərinə görə, bu dəyişikliklər regiona Yaxın Şərq münaqişəsinin nəticələrinin öhdəsindən gəlməyə imkan verəcək.
Aysel Mətləb