Ermənistan bu ölkədən qırıcılar alır - VİDEO

Ermənistan bu ölkədən qırıcılar alır - VİDEO
20.10.2026 21:40 Dünya

Ermənistanın müdafiə naziri Suren Papikyan Praqaya səfəri zamanı Çexiyanın "Aero Vodochody" şirkətində olub.

TodayPress TV xəbər verir ki, o,  Ermənistan Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan yeni "L-39 Skyfox" təyyarələrini nəzərdən keçirib.

“Bu möcüzələr tezliklə Ermənistan səmasında uçacaq”, – deyə Papikyan bildirib.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı videolarda üç hazır təyyarə görünür: onlar “Black 11”, “Black 12” və “Black 14” nömrələri ilə işarələnib.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər