TƏCİLİ: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir

TƏCİLİ: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
20.10.2026 20:15 Dünya

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu genişləndirir. Vaşinqton bölgəyə “USS Theodore Roosevelt” aviadaşıyıcı zərbə qrupunu və 13-cü Dəniz Piyadaları Ekspedisiya Bölməsini göndərir.

TodayPress TV xəbər verir ki, bu addım Yaxın Şərqə təxminən 10 min əlavə dənizçi və dəniz piyadasının göndərilməsi deməkdir.

Məlumata görə, “USS Theodore Roosevelt” Ərəbistan dənizində yerləşən “USS George H.W. Bush” və “USS George Washington” aviadaşıyıcılarına qoşulacaq.

Bu yerləşdirmə ABŞ-nin regiondakı hərbi qüvvələrinin sayının artmasına səbəb olacaq.

Kübra Musayeva

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər