Trampın elçiləri Rusiyadan əli boş dönəcək? Lavrovdan PİS XƏBƏR

Trampın elçiləri Rusiyadan əli boş dönəcək? Lavrovdan PİS XƏBƏR
20.10.2026 21:25 Dünya

Rusiya ABŞ-dən möcüzə gözləmir və Vaşinqtonla münasibətlərdə siyasi güzəştlərə getmək niyyətində deyil.

TodayPress TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Moskva ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin hansı təkliflərlə çıxış edəcəyini dinləyəcək, lakin siyasi güzəştlərə getməyəcək.

Lavrov əlavə edib ki, Rusiya ABŞ-ni ən yaxşı halda rəqib kimi görməkdə davam edəcək.

Nazir hazırda dünyanın dönüş nöqtəsindən keçdiyini vurğulayıb. Onun fikrincə, Qərbin hegemonluğu dövrü başa çatır və çoxqütblü dünya nizamı formalaşır.

Lavrov Qərb ölkələrinin son 500 ildə malik olduqları dominant mövqeyi qorumağa çalışdıqlarını da qeyd edib. O bildirib ki, dünyadakı dəyişikliklər iqtisadiyyat, siyasət və maliyyə sisteminə təsir göstərir.

Kübra Musayeva

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər