Netanyahu Trampla əl-ələ verib hansı planı qurur?

Netanyahu Trampla əl-ələ verib hansı planı qurur?
20.10.2026 19:59 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını bildirib.

TodayPress TV xəbər verir ki, o bu açıqlamanı Livanla sərhəddə yerləşən Kiryat-Şmona şəhərinə işgüzar səfəri zamanı verib.

Baş nazirin sözlərinə görə, söhbətin əsas mövzusu İrana qarşı gələcək birgə addımlar olub. Netanyahu Tehranda hakimiyyət dəyişikliyini “əsas vəzifə” adlandırıb:

“Mən bunu Prezident Trampla dəfələrlə müzakirə etmişəm, o cümlədən srağagün”.

O, İsrailin İranın nüvə silahı yaratmağa çalışdığına və bununla da təhlükə törətdiyinə inandığı barədə mövqeyini bir daha səsləndirib:

“Buna görə də bunun qarşısını almağın yeganə yolu bu rejimi devirməkdir. Beləliklə, paralel olaraq “Hizbullah”dan da xilas ola biləcəyik”.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər