Niderlandda PUA həyəcanı - Hara hədəf alındı?

Niderlandda PUA həyəcanı - Hara hədəf alındı?
20.10.2026 19:48 Dünya

Naməlum pilotsuz uçuş aparatları (PUA) Niderlandın şimalında, Eemshaven limanı və Şərqi Qroningen regionu ərazisində müşahidə edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "RTV Noord" məlumat yayıb.

Dronlarla bağlı məlumatlar Meiden, Sxidam və Zeydbryukdan da daxil olur. Polis nümayəndələri pilotsuz uçuş aparatları ilə bağlı daxil olan məlumatları yoxladıqlarını bildiriblər.

Qeyd olunub ki, dronların müşahidə edildiyi bütün əraziləri birləşdirən ümumi cəhət orada kritik infrastruktur obyektlərinin yerləşməsidir. Xüsusilə, Eemshavendə mayeləşdirilmiş təbii qaz anbarları, məlumat mərkəzləri və elektrik stansiyaları yerləşir. Zeydbryukda isə Niderlandın qaz şəbəkəsinin ehtiyacları üçün idxal olunan təbii qazın emal edildiyi böyük azot istehsalı zavodu var.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər