Fransada lüks mağazalar qarət edildi - İğtişaşlar baha başa gəldi

Fransada lüks mağazalar qarət edildi - İğtişaşlar baha başa gəldi
20.10.2026 21:50 Dünya

Fransada kütləvi iğtişaşlar nəticəsində azı 3 min müəssisəyə ziyan dəyib. Ölkədə baş verən hadisələrin ümumi iqtisadi zərərinin 1,2 milyard avroya çatacağı ehtimal olunur.

TodayPress TV “Financial Times” qəzetinə istinadən xəbər verir ki, etirazlar zamanı “Louis Vuitton”, “Hermès”, “Apple” kimi tanınmış brendlərin mağazaları qarət edilib. Ölkə üzrə zərər çəkən müəssisələr arasında “Sephora” mağazalarının da olduğu bildirilir. Təxminən 20 “Sephora” mağazası talan edilib.

Məlumata görə, Fransa hakimiyyəti oğurlanmış malların “Vinted”, “Amazon” və “eBay” kimi onlayn platformalarda satışının qarşısını almağa çalışır. Bu məqsədlə platformaların nümayəndələri ilə artıq danışıqlar aparılıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər