Osloda danışıqlar necə keçdi? - Liderlər danışdı
"Bu gün vəziyyət ötən həftə ilə müqayisədə xeyli yaxşıdır".
TodayPress TV xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksander Stubb Osloda Avropa, Ukrayna və ABŞ nümayəndələri arasında keçirilən danışıqlardan sonra mətbuat konfransında bildirib.
Stubb isə öz növbəsində Finlandiyanın beynəlxalq hüquqa inandığını vurğulayıb.
"Danışmaq danışmamaqdan yaxşıdır", – deyə o qeyd edib.
Daha sonra finlandiyalı jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Stubb sülhün və sülh vasitəçiliyinin səbir tələb etdiyini xatırladıb. Onun sözlərinə görə, avropalılar və amerikalılar artıq Ukrayna müharibəsi ilə bağlı eyni mövqedədirlər.
Həmçinin Zelenski danışıqlardan sonra keçirilən mətbuat konfransında səhər saatlarında ABŞ-nin dövlət katibi Marko Rubio ilə də danışdığını bildirib. Zelenskinin sözlərinə görə, müzakirələr yaxşı keçib.
O vurğulayıb ki, son vaxtlar yaşanan problemlərə baxmayaraq, ABŞ də sülh istəyir.
Mətbuat konfransında Norveçin Baş naziri Yonas Qahr Styo re də iştirak edib. Baş nazirin sözlərinə görə, Avropa sülh səylərində kifayət qədər iştirak etməyib. İndi isə Avropa bu səylərdə daha fəal iştirak etməlidir.
Aysel Mətləb