Britaniya qırıcıları Səudiyyə Ərəbistanına yola düşdü - Yaxın Şərqdə nə baş verir?
Böyük Britaniya Yəmən husilərinin hücumlarından şəhərləri və kritik infrastrukturu qorumaq məqsədilə Səudiyyə Ərəbistanına “Eurofighter Typhoon” qırıcıları və A400M hərbi-nəqliyyat təyyarəsi göndərəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qırıcılar yalnız müdafiə xarakterli tapşırıqları yerinə yetirəcək. Onlar husilərə qarşı zərbələrdə iştirak etmədən Səudiyyə Ərəbistanının hava məkanını pilotsuz uçuş aparatları və raket hücumlarından qoruyacaqlar.
A400M təyyarəsi isə hərbi yüklərin və britaniyalı məsləhətçilərin daşınması üçün istifadə olunacaq.
Bundan əlavə, London daha əvvəl Səudiyyə Ərəbistanına göndərilmiş yanacaqdoldurma təyyarəsinin missiyasını daha 90 gün uzadıb.
Kübra Musayeva