Kiyevdə elektriklər kəsildi, insanlar metroda qaldı

Kiyevdə elektriklər kəsildi, insanlar metroda qaldı
20.10.2026 21:16 Dünya

Kiyevin metro stansiyalarının yeraltı hissələri sərnişinlərlə dolub.

TodayPress TV xəbər verir ki, bu barədə “İnsayder” nəşrinin yaydığı videolar şahidlik edir.

Elektrik enerjisinin tez-tez kəsilməsi səbəbindən pik saatlarda nəqliyyat sistemində böhran yaranıb:

“Stansiyalar sərnişinlərlə dolub. Şəhərdə qüvvədə olan hava həyəcanı vəziyyəti daha da pisləşdirir”.

Qeyd edək ki, Kiyevin Şevçenko rayonunda yerləşən 330 kV-luq “Nivki” yarımstansiyası - magistral elektrik şəbəkəsinin böyük qovşağı zədələnib. Bundan sonra paytaxtın dörd rayonunda elektrik enerjisi kəsilib. Həmçinin metronun bütün xətlərinin fəaliyyətinin dayandırıldığı barədə məlumat verilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər