Zərbələr dayanacaq? Zelenski Moskva ilə bağlı qərarını açıqladı
Ukrayna Rusiyanın həssas enerji infrastrukturu obyektlərinə hücumları dayandıracağı təqdirdə eyni addımı atmağa hazırdır.
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Kiyevin sülhə nail olmaq üçün konkret təklifləri var və Ukrayna həmin təkliflərin sabah Rusiyaya çatdırılmasını istəyir.
“Dialoqu bütün səviyyələrdə davam etdirməyimiz və təhlükəsizlik naminə birlikdə çalışmağımız vacibdir”, – Zelenski qeyd edib.
Ukrayna lideri, həmçinin yaxın 48 saat ərzində “Starlink” sisteminin fəaliyyətinin bərpa olunacağını gözlədiyini bildirib.
Kübra Musayeva