Biləsuvarda yol qəzası, ölən və yaralanan var

Biləsuvarda yol qəzası, ölən və yaralanan var
20.10.2026 10:20 Hadisə

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

TodayPress TV xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Elvin Məhərrəmov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü xəsarət alıb.

O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sərnişin, 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər