Bakı-Sumqayıt yolunda ana və övladını maşın vurdu

Bakı-Sumqayıt yolunda ana və övladını maşın vurdu
20.10.2026 16:20 Hadisə

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ana və övladını avtomobil vurub.

TodayPress TV xəbər verir ki, hadisə Bakı-Quba yolunun qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, yolu keçmək istəyən ana və övladını "Hyundai Santa Fe" markalı minik maşını vurub. Onlar müxtəlif bədən xəsarətləri ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV 

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər