“Putin nüvə silahından istifadə edəcək!” - XƏBƏRDARLIQ

“Putin nüvə silahından istifadə edəcək!” - XƏBƏRDARLIQ
20.10.2026 21:07 Dünya

Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı təhdidlərinin blef olmadığını bildirib.

TodayPress TV xəbər verir ki, Vuçiç Rusiyanın nüvə silahından istifadə ehtimalını istisna etməyin böyük səhv olduğunu deyib.

Onun sözlərinə görə, Putin nüvə silahından səbəbsiz yerə istifadə etmək istəməsə də, ABŞ, Avropa və ya Böyük Britaniyanın Rusiyaya birbaşa hücumu olacağı təqdirdə nüvə silahı ilə cavab verə bilər.

Vuçiç vurğulayıb ki, NATO-nun Rusiyadan daha güclü olduğunu əsas gətirərək Moskvanın heç bir halda nüvə silahından istifadə etməyəcəyini düşünmək vəziyyətin yanlış qiymətləndirilməsidir.

Kübra Musayeva

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər