Trampın elçiləri yola düşür - Putinlə görüşəcəklər
ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner sabah Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəklər.
TodayPress TV “The New York Times” qəzetinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Rusiyada uzun müddətdir həbsdə saxlanılan ABŞ vətəndaşının azad edilməsi məsələsini müzakirə edə bilərlər.
Qəzetin yazdığına görə, Trampın nümayəndələri Putinlə razılaşmaların üstünlüklərini nümayiş etdirmək istiqamətində növbəti addımı atmağa çalışacaqlar.
Kübra Musayeva