Katzdan sərt bəyanat: "Hizbullah" İranın İsrailə hücumuna qoşularsa...
"Hizbullah" silahı yerə qoyana qədər İsrail Müdafiə Qüvvələri Livandakı təhlükəsizlik zonasından geri çəkilməyəcək.
TodayPress TV xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz X sosial şəbəkəsində bəyan edib.
Katz İsrail şəhərlərini hədəf alan istənilən atəş və ya dron hücumuna Beyrutun Dahiyə rayonunu hədəf alan “güclü cavab” veriləcəyi barədə xəbərdarlıq edib:
“Əgər "Hizbullah" İranın İsrailə hücumuna qoşularsa, ona ağır zərbə endiriləcək. İsrail Müdafiə Qüvvələri Nəbatiyyə və Litani çayı ətrafındakı əlavə ərazilərə doğru irəliləməyə hazırdır”.
Aysel Mətləb