“Turan” Çempionlar Liqasına qələbə ilə başladı

“Turan” Çempionlar Liqasına qələbə ilə başladı
20.10.2026 20:35 İdman

"Turan"ın qadınlardan ibarət voleybol komandası CEV Çempionlar Liqasındakı ilk matçında qələbə qazanıb.

TodayPress TV xəbər verir ki, Xorvatiyanın "Mladost" klubu ilə üz-üzə gələn Tovuz təmsilçisi turnirin II təsnifat mərhələsində rəqibini 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə mğlub edib.

Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində keçirilib.

Qeyd edək ki, "Turan" Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər