Sabirabadda avtomobil traktora çırpıldı - Xəsarət alanlar var

Sabirabadda avtomobil traktora çırpıldı - Xəsarət alanlar var
08.10.2025 23:00 Hadisə

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobili qarşıda gedən traktorun arxa hissəsinə çırpılıb.

Qəza nəticəsində Sabirabad rayonunun Şəhriyar kənd sakinləri, 2010-cu il təvəllüdlü Vəliyeva Sevgili Qənbər qızı, 1980-cı il təvəllüdlü Həsənova Gülnarə Əli qızı və 1974-cü il təvəllüdlü Vəliyev Qənbər Məhəmməd oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər