Qaxda piyadanı maşın vuraraq öldürdü

Qaxda piyadanı maşın vuraraq öldürdü
23.09.2025 01:05 Hadisə

64 yaşlı kişini minik avtomobili vuraraq öldürüb.

TodayPress TV xəbər verir ki, hadisə Qax şəhərinin Heydər Əliyev prospektində baş verib.

Belə ki, Qax şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Tağıyevi minik avtomobili vurub. Ağır bədən xəsarətləri alan  E.Tağıyev təcili yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına catdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla baglı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər