NİİM sürücülərə müraciət etdi

NİİM sürücülərə müraciət etdi
14.07.2025 14:46 Hadisə

Sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizliyi ağır qəzanın baş verməsinə səbəb olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən TodayPress TV-yə verilən məlumata görə, yol-nəqliyyat hadisəsi ötən gün səhər saatlarında paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

Bildirilib ki, minik avtomobilində texniki nasazlıq yarandığından nəqliyyat vasitəsini yolun kənarına çəkən sürücü təhlükəsizlik qaydalarına əməl etməyib. Bu zaman hərəkətdə olan avtobus sürücüsü ara məsafəsi saxlamamaqla yanaşı, diqqətsizlik etdiyindən onu vurub. İki nəqliyyat vasitəsinin iştirakı ilə yaşanan bu hadisə səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində müddəti 25 dəqiqə çəkən nəqliyyat sıxlığı yaranıb.

"Avtombildə texniki nasazlıq yarandıqda qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə edilməlidir. Eyni zamanda hərəkətdə olan digər sürücülər ara məsafəsi saxlamalı, nəqliyyat vasitəsini sürətlə idarə etməməli və yollarda diqqətli olmalıdırlar", - Mərkəzin sürücülərə müraciətində qeyd edilib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər