Azərbaycan cüdoçularından Aktau zəfəri: İlk gündə 8 medal
Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Turnirinə start verilib. Azərbaycan idmançıları yarışın ilk günündə 4 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 8 medal qazanıblar.
TodayPress TV xəbər verir ki, Nazir Talıbov (-66 kq), Kamran Süleymanov (-73 kq), Fəridə Mirzəyeva (-52 kq) və Ülviyyə Bayramova (-57 kq) finala yüksələrək gümüş medala sahib olublar.
Rəşad Yelkiyev (-66 kq), Nəriman Mirzəyev və Rüfət Şövlətov (hər ikisi -73 kq), eləcə də Gülnarə Bayramova (-57 kq) isə turniri bürünc medalla başa vurublar.
İki gün davam edəcək yarışda 7 ölkədən 182 idmançı mübarizə aparır.
Kübra Musayeva