Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular

Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular
17.10.2026 17:30 Hadisə

Azərbaycanda bir sıra bölgələrdə ictimai asayişi pozanlar həbs olunublar.

TodayPress TV Lent.az-a istinadən xəbər verir ki, hadisələr Abşeron rayonu Masazır, Babək rayonu Nehrəm qəsəbələri, Sumqayıt və Mingəçevir şəhərləri, həmçinin Hacıqabul, eləcə də Masallı rayonlarında qeydə alınıb.

Hacıqabulda 2 nəfər olmaqla ümumilikdə 7 nəfər məktəblərin yaxınlığında ucadan nalayiq ifadələr işlədərək, ictimai asayişi pozublar. Ərazidə xidmətdə olan polis əməkdaşları onlara irad bildirərək, hərəkətlərini dayandırmalarını desələr də, həmin şəxslər qanuni tələbə məhəl qoymayaraq əməllərinə davam ediblər.

Nəticədə polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların hər biri barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.

Ərazi üzrə məhkəmələrin qərarı ilə həmin şəxslərdən üçü 25, ikisi 10, biri 15 gün və digəri isə 1 ay müddətinə inzibati qaydada həbs olunub.

TodayPress TV 

XƏBƏR LENTİ
17 OKTYABR 2026
Bütün Xəbərlər