Kürdəmirdə avtomobil su kanalına düşdü - Xəsarət alanlar var

Kürdəmirdə avtomobil su kanalına düşdü - Xəsarət alanlar var
08.10.2025 22:15 Hadisə

Kürdəmirdə idarəetmədən çıxan avtomobil su kanalına düşüb, xəsarət alanlar var.

TodayPress TV "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, eyni istiqamətdə hərəkətdə olan "Toyota" markalı avtomobil əvvəlcə motosikletə çırpılıb, sonra yol kənarındakı su kanalına düşüb.

Qəza zamanı sürücü və qadın sərnişin, eləcə də motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda fakt araşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər