Goranboyda qadın qətlə yetirildi

Goranboyda qadın qətlə yetirildi
20.09.2025 20:50 Hadisə

Goranboyda qadın qətlə yetirilib, şübhəli şəxs qismində həyat yoldaşı saxlanılıb.

TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü İ.Əliyeva ailə münaqişəsi zəminində bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun əri 1987-ci il təvəllüdlü Maşallah Əliyev saxlanılıb.

Bildirilir ki, iki övlad anası olan qadın uşaqların evdə olduğu zaman evdə bıçaqlanıb.

Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər