Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı

Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı
22.09.2025 11:56 Hadisə

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.

Sentyabrın 20-də və 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 tapança, 43 qumbara, 11 partladıcı, 6 tüfəng, 9 patron darağı, 2053 ədəd müxtəlif çaplı patron və 14 ədəd süngü bıçaq aşkar edərək götürüblər.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər