Zaqatalada itkin düşən 80 yaşlı kişinin axtarışı davam edir - VİDEO

Zaqatalada itkin düşən 80 yaşlı kişinin axtarışı davam edir - VİDEO
26.11.2026 15:06 Hadisə

Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə itkin düşdüyü ehtimal edilən 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlunun axtarışları davam etdirilir.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Axtarış tədbirləri Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və polis əməkdaşlarının birgə iştirakı ilə vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə həyata keçirilir.

Qeyd edək ki, axtarışlara FHN-in xüsusi təlim görmüş itləri də cəlb olunub", - deyə məlumatda deyilir.

Todaypress TV


XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər