Ağdamda 1 həftə əvvəl yanğında xəsarət alan şəxs öldü

Ağdamda 1 həftə əvvəl yanğında xəsarət alan şəxs öldü
08.10.2025 10:11 Hadisə

Ağdamda 1 həftə əvvəl yaşayış evində baş vermiş yanğın hadisəsi zamanı nəvəsi ilə birgə yanıq xəsarəti almış qadın ölüb.

TodayPress TV xəbər verir ki, 1965-ci il təvəllüdlü Zibeydə İsmayılova müalicə olunduğu xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə oktyabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində qeydə alınıb. Hadisə nəticəsində nənə və nəvəsi yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər