Vurulan gəmi Mənsimovundur – Təcili
Bu gün Rusiya tərəfdən hücuma məruz qalan “Royad Məmmədov” gəmisi Mübariz Mənsimovun “Palmali” şirkətinə məxsusdur.
TodayPress TV "Axar.az"a istinadla xəbər verir ki, şirkət 2022-ci ildə gəmilərindən birinə II Qarabağ müharibəsinin şəhidi Röyad Məmmədovun adını verib.
Qeyd edək ki, Röyad Məmmədov Masallı rayonunun Mahmudavar kəndində anadan olub. O, 2020-ci il noyabrın 8-də şəhid olub.