Putinlə görüşmüşdü, Zelenskinin dəvətini isə rədd etdi
Fransanın “Milli Birlik” partiyasının prezidentliyə namizədi Marin Le Pen Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevə səfər dəvətini qəbul etməyib.
TodayPress TV-nin məlumatına görə, Le Pen “France 2” və “France Inter” telekanallarının efirində bildirib ki, 2027-ci il prezident seçkiləri kampaniyası çərçivəsində xarici səfərlər etməmək qərarına gəlib.
O, bu qərarının 2017-ci il seçki kampaniyasından fərqləndiyini vurğulayıb. Le Pen həmin dövrdə xarici ölkələrə çoxsaylı səfərlər etdiyini və Rusiyanın Prezidenti Vladimir Putin tərəfindən Kremldə qəbul olunduğunu xatırladıb.
Kübra Musayeva