Məleykə Abbaszadə heç bir əməkdaşın işdən çıxarılması və ya təyinatı ilə bağlı əmr imzalamayıb - BDU
Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim olunub.
TodayPress TV xəbər verir ki, bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi məlumat yayıb.
Bildirilib ki, Məleykə Abbaszadə rektor vəzifəsinin icrasına başladıqdan sonra heç bir əməkdaşın işdən azad olunması və ya vəzifəyə təyin edilməsi ilə bağlı əmr imzalamayıb.
Universitet BDU ilə bağlı məlumatların yayılmasından əvvəl İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirilməsini və rəsmi xəbərlərə istinad olunmasını xahiş edib.