ABŞ səmasında xaos: Minlərlə sərnişin hava limanlarında qaldı
ABŞ-də “Delta Air Lines” aviaşirkətinin sistemində yaranan növbəti texniki nasazlıq səbəbindən 3,5 min reys gecikib.
TodayPress TV xəbər verir ki, “The Mirror” nəşrinin məlumatına görə, problem ölkə üzrə müxtəlif hava limanlarının fəaliyyətinə təsir göstərib.
Qeyd olunur ki, son bir həftə ərzində ABŞ-də texnologiya şirkətləri, banklar və Milli Təhlükəsizlik Agentliyinin də iştirak etdiyi bir sıra genişmiqyaslı texniki nasazlıqlar qeydə alınıb.
Kübra Musayeva