Parlamentdə qondarma "Qarabağ" bayrağı" asanlara Paşinyan “Bayraktar”ı xatırlatdı - VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifət deputatlarının parlamentdə qondarma "Qarabağ bayraqları" asmasına sərt reaksiya verib.
TodayPress TV "Clash Report"a istinadən xəbər verir ki, Paşinyan müxalifətçilərə müraciətlə “Bayraktarların altında kim öləcək?” sualını ünvanlayıb.
Qeyd edək ki, Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından tarixi zəfərlə nəticələnən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən geniş istifadə edilib.
Jalə Rövşən