ABŞ fond bazarında 6 trilyon dollarlıq zərər – Tramp qəzəbləndi

ABŞ fond bazarında 6 trilyon dollarlıq zərər – Tramp qəzəbləndi
23.11.2026 01:03 Dünya

ABŞ Prezidenti Donald Tramp demokratları ölkənin fond bazarında baş verən kəskin enişə görə ittiham edib.

TodayPress TV xəbər verir ki, Trampın sözlərinə görə, noyabrın 3-də demokratların qələbəsindən sonra ABŞ fond bazarı 6 trilyon dollardan çox dəyər itirib.

O bildirib ki, NASDAQ indeksi 20 faiz azalıb və bunu demokratların iqtisadi artıma mane olan siyasəti ilə əlaqələndirib.

Tramp demokratları siyasi rəqiblərinə qarşı təqib siyasəti yürütməkdə ittiham edib və onların mövqelərini dəyişməyəcəyi təqdirdə vəziyyətin daha da pisləşəcəyini iddia edib.

Bununla belə, ABŞ lideri ölkənin tezliklə yenidən güclənəcəyini və müsbət proseslərin baş verdiyini vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər