Zelenskidən TƏCİLİ xəbərdarlıq: Rusiya Ukraynanı enerjisiz qoymaq istəyir

Zelenskidən TƏCİLİ xəbərdarlıq: Rusiya Ukraynanı enerjisiz qoymaq istəyir
23.11.2026 02:45 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin enerji infrastrukturuna qarşı yeni taktika tətbiq etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, Rusiya elektrik şəbəkələrini və ötürücü xətləri sıradan çıxarmağa çalışır. Xüsusilə Odessa şəhərinin, Odessa və Dnepropetrovsk vilayətlərinin enerji mənbələrindən təcrid edilməsi hədəflənir.

Zelenski energetika naziri, daxili işlər naziri və Baş nazirin ölkəyə endirilən zərbələrin nəticələrinin aradan qaldırılması ilə bağlı məruzələrini dinlədiyini bildirib.

Prezident qeyd edib ki, Odessada kritik infrastrukturun enerji təchizatı bərpa olunub və alternativ elektrik təminatı üçün işlər görülür. Bununla yanaşı, Dnepr, Kamenskoye şəhərlərində, eləcə də Xarkov və Poltava vilayətlərində bərpa işləri davam etdirilir.

Zelenskinin sözlərinə görə, təmir üçün lazımi avadanlıq və resurslar mövcuddur. O, Ukraynanın müdafiə nazirinin müttəfiqlərlə görüşlərinin də planlaşdırıldığını açıqlayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər