Britaniya 8 esmines əvəzinə 6 xüsusi gəmi sifariş etdi - Səbəb nədir?

Britaniya 8 esmines əvəzinə 6 xüsusi gəmi sifariş etdi - Səbəb nədir?
23.11.2026 01:50 Dünya

Böyük Britaniya səkkiz esminesin tikintisi planından imtina edərək onların əvəzinə pilotsuz dəniz platformalarını idarə edəcək altı komanda gəmisi sifariş edib.

TodayPress TV xəbər verir ki, “The Economist” nəşrinin yazdığına görə, hər bir yeni gəminin dəyəri təxminən 200 milyon funt sterlinq olacaq. Gəmilər pilotsuz dəniz vasitələrinin idarə olunması üçün nəzərdə tutulub. Onlardan bəziləri raketlər, radarlar, sensorlar və sualtı qayıqlara qarşı mübarizə sistemləri ilə təchiz ediləcək.

Qərarın qəbulunda Ukraynanın dəniz dronlarından istifadə təcrübəsi mühüm rol oynayıb. Yeni konsepsiyaya əsasən, komanda gəmiləri bir neçə pilotsuz platformanı vahid sistem şəklində idarə edəcək.

Bununla belə, layihənin qarşısında ciddi texniki çətinliklər var. Xüsusilə radioelektron müdaxilə şəraitində belə platformalar arasında rabitənin fasiləsiz təmin edilməsi əsas məsələlərdən biri hesab olunur.

Nəşr qeyd edir ki, bəzi gəmilərin 120 günədək istismar edilməsi və həftədə bir dəfə texniki xidmət göstərilməsi planlaşdırılır. Məlumatların ötürülməsində yaranacaq gecikmələr isə bütün sistemin effektivliyini təhlükə altına qoya bilər. Çünki etibarlı rabitə və koordinasiya olmadan raket daşıyan pilotsuz platformalar donanmanın müdafiəsini tam təmin edə bilməz.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər