Azərbaycanda kolleclər BAĞLANACAQ
Bəzi kolleclərin müəyyən
universitetlərin tərkibinə daxil edilməsi, digər kolleclərin isə ləğv olunması
nəzərdə tutulur.
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar
İsgəndərov AzEdu.az və Modern.az-a müsahibəsində deyib.
Komitə sədri “Ali təhsil
haqqında” qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də
toxunub:
“Kolleclərin profilinə
uyğun ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərməsi ilə bağlı müəyyən
işlər aparılır. Məsələn, niyə Tibb Universitetinin nəzdində tibb kolleci
olmasın? Yaxud, Pedaqoji Kollec Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibindədir.
Eyni şəkildə, Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və
Aqrar-Texnoloji Kollec niyə Aqrar Universitetinin tərkibində olmasın? Bu
istiqamətdə müəyyən işlər gedir”.
A.İsgəndərov qeyd edib
ki, ali təhsil sahəsində həyata keçirilən dəyişikliklər azərbaycanlı gənclərin
xaricdə təhsil və fəaliyyət zamanı problemlərlə üzləşməməsi baxımından da əhəmiyyətlidir:
“Əsas istək odur ki, azərbaycanlı gənc başqa ölkəyə gedəndə Azərbaycanda aldığı təhsil ona kömək olun, əlavə problemlər yaşamasın. Çünki bu gün azərrbaycanlılar təkə Azərbaycanda fəaliyyət göstərmirlər. Minlərlə azərbaycanlı gənc dünyanın hər yerində var. Biz bu istiqaməti nəzərə alacağıq”.